Bakıda mərasim evində tavan çökdü: Xəsarət alanlar var - FOTO
662.jpg)
Yanvarın 19-da saat 12:45-də paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb ediliblər. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan iki nəfər təxliyə edilib.
Tarix: 19-01-2024, 13:51