Milyonluq şirkət Rövşən Rüstəmovun rəhbərlik etdiyi qurumu məhkəməyə verdi


"Azərbaycan Dəmir Yolları" QSC məhkəməyə verilib.
 
Pravda.az-ın xəbərinə görə, QSC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti "Atef Şirkətlər Qrupu" MMC edib.
 
Mahiyyəti podrat müqaviləsi üzrə mübahisə olan iş hakim Günay Namazovanın icraatındadır. Baxış iclası yanvarın 23-də keçiriləcək.
 
Qeyd: Nizamnamə kapitalı 33 892 585 AZN olan "Atef Şirkətlər Qrupu"nun qanuni təmsilçisi Emil Talıb oğlu Əlixanbəyovdur. MMC-nin dövlətə 359 181 manat borcu var. Nizamnamə kapitalı 906 061 960 AZN olan "Azərbaycan Dəmir Yolları"nın qanuni təmsilçisi isə Rövşən Mürvət oğlu Rüstəmovdur.
Tarix: 4-01-2025, 09:48
Xəbəri paylaş





Xəbər lenti