Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı


Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçi vəzifəsindən azad edilib.
 
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ixtisar ötən ay baş verib.
 
Belə ki, dekabr ayının 30-u bir qrup şəxs işdən çıxarılıb. Məlumatda bildirilir ki, ixtisarların davam edəcəyi gözlənilir.
 
Həmçinin qeyd edilib ki, işdən çıxarılanlar arasında vəzifəli şəxslər də var.
Tarix: 9-01-2025, 10:00
Xəbəri paylaş





Xəbər lenti